...

Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan alternativ enerji sahəsində saziş imzalayacaq

Energetika Materials 17 May 2022 12:15 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan alternativ enerji sahəsində saziş imzalayacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan yaxın zamanlarda alternativ enerji sahəsində saziş imzalayacaq.

Trend-in məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

O bildirib ki, əvvəlki illərdə bank Azərbaycanda "yaşıl" texnologiyalar, sənaye tullantılarının təhlükəsizliyinin təmin olunması sahəsində layihələr reallaşdırıb.

"Bu işlər iri şəhərlərdə aparılıb və bu tendensiya davam etdiriləcək. Bundan başqa, AYİB digər iri layihələrdə də iştirak edir. Bu layihələr kənd təsərrüfatı və nəqliyyat sektorlarını əhatə edir. Bank alternativ enerji sahəsində iştirakını genişləndirməyi planlaşdırır. Eyni zamanda mayın sonunadək 230 meqavatt və 100 meqavatt gücündə elektrik stansiyalarının tikintisi çərçivəsində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti