Bakı. Trend:
Xəzər dənizinin nəhəng külək enerjisi potensialı var.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, Böyük Britaniya da külək enerjisində böyük potensiala malikdir.
"Enerji böhranı fonunda biz aprel ayında enerji təhlükəsizliyi üzrə yeni strategiyamızı dərc etdik. Enerji keçidinə və bu sahədə innovasiyalara yol açmaq çox vacibdir", - səfir deyib.
O, ümidvar olduğunu bildirib ki, külək enerjisi sektoruna böyük investisiyalar cəlb olunacaq.
(Tərcümə: Orxan Nəbiyev)