Bakı. Trend:
Bu ilin ilk beş ayında bərpa olunan mənbələrdən 930,9 mln. kVt/st elektrik enerjisi istehsal edilib.
Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.
"Yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 118 mln. kVt/st artımla 930,9 mln. kVt/st elektrik enerjisi istehsal edilib", - nazir yazıb.
P.Şahbazov qeyd edib ki, ümumilikdə bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda elektrik enerjisinin istehsalı 2.9% artaraq 11244,2 mln. kVt/st, ixrac 538,4 mln. kVt/st, idxal isə 60,5 mln. kVt/st olub.