...

Azərbaycan qazına böyük tələbat var - Moldovanın baş naziri

Energetika Materials 11 Oktyabr 2022 13:37 (UTC +04:00)
Azərbaycan qazına böyük tələbat var - Moldovanın baş naziri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qazına böyük tələbat var.

Bunu Moldovanın baş naziri Natalya Qavrilitsa Trend-in sualını cavablandırarkən deyib.

"Hazırda Moldova qısamüddətli həll yolları axtarır. Biz 2 aylıq tədarükü təmin etmək məqsədilə qaz anbarlarımızın doldurulması üçün tərəfdaşlar axtarırıq. Bu, təxminən 300 milyon kubmetr təşkil edəcək", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Moldova həm də uzunmüddətli tərəfdaşlar axtarır və bu baxımdan etibarlı tərəfdaş qismində Azərbaycana ümid edir.

"Biz gələcəkdə Azərbaycanla məhsuldar danışıqlar aparmağa ümid edirik. Bu gün Azərbaycan qazına böyük tələbat var. Biz Aİ-nin Azərbaycan qazına marağını müşahidə edirik", - N.Qavrilitsa deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti