...

Türkiyədə "Silivri" qaz anbarının ikinci fazasını istifadəyə veriləcək

Energetika Materials 13 Dekabr 2022 00:36 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə ölkənin ən böyük qaz anbarlarından birinin - "BOTAŞ" dövlət şirkətinin balansında olan "Silivri" qaz anbarının ikinci mərhələsini istifadəyə verəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, enerji obyektinin istifadəyə verilməsi mərasimi dekabrın 16-da prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.

"Silivri" qaz anbar 3,2 milyard kubmetr anbar tutumu və gündə 28 milyon kubmetr istehsal gücü ilə Türkiyənin ilk yeraltı qaz kompleksidir.

Qaz anbarlarının tutumunun artırılması məqsədilə 18 quyunun genişləndirilməsi işləri aparılıb, dəniz üzərində əlavə iki platforma quraşdırılıb.

Belə ki, ikinci mərhələ istismara verildikdən sonra qurğunun gücü 4,6 milyard kubmetrə, gündəlik hasilat isə 75 milyon kubmetrə qədər artacaq.

Bu göstəricilərlə nəhəng obyekt Türkiyənin illik təbii qaz ehtiyacının təxminən yüzdə səkkizini ödəyə biləcək.

Ən sərt qış günlərində obyekt Türkiyənin qaz ehtiyacının dörddə birini ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti