...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 24 Dekabr 2022 10:26 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də 87,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,89 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti