...

Dekabrda Azərbaycanda 548 min barrel xam neft hasil olunub

Energetika Materials 19 Yanvar 2023 11:20 (UTC +04:00)
Dekabrda Azərbaycanda 548 min barrel xam neft hasil olunub

Bakı. Trend:

2022-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barrel olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 548 min barrelini xam neft, 120 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

Energetika Nazirliyinin məlumatına əsasən 2022-ci ildə ölkədə ümumi neft hasilatı 32,6 milyon ton (kondensatla birlikdə) təşkil edib. Bununla yanaşı, “Azəri-Çıraq-Günəşli” yatağının payına 20,4 milyon ton, “Şahdəniz” yatağının payına isə 4,4 milyon ton (kondensatla birlikdə) düşüb. Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 7,8 milyon neft hasil olunub (kondensatla birlikdə).

Hesabat dövründə Azərbaycan 26,3 milyon, o cümlədən kondensat neft ixrac edib ki, bunun 24,9 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti