...

ICGB zərərin qarşılanması məsələsi ilə bağlı EPC podratçı ilə razılaşma əldə edib

Energetika Materials 17 Fevral 2023 17:22 (UTC +04:00)
ICGB zərərin qarşılanması məsələsi ilə bağlı EPC podratçı ilə razılaşma əldə edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın müstəqil ötürücü operatoru olan ICGB Yunanıstan-Bolqarıstan qaz iinterkonnektorunun (IGB) inşası üzrə EPC podratçı ilə boru kəmərinin inşasındakı ləngimələr səbəbindən zərərin geri qaytarılması ilə bağlı razılaşma əldə edib.

Bu barədə Trend-ə ICGB-dən bildirilib.

"Əldə olunmuş razılaşma ICGB-in xeyrinə hesablanmış cərimələrin tutulmasını təmin edir, gələcək mübahisələrin və mümkün arbitraj təhqiqatının qarşısını alır, həmçinin, hər iki tərəfin mühüm xərclər olmadan müqavilə üzrə öhdəliklərinin icrası üçün möhkəm təməl qoyur", - şirkətdən bildiriblər.

ICGB şirkətin maraqlarını birbaşa əks etdirən bu razılaşmanı yüksək dəyərləndirir.

İki tərəf arasındakı razılaşma yalnız ICGB səhmdarlarının tədqiqindən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara verilməsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq avadanlıq və material tədarükündə fasilələr yarandığından ləngimişdi.

Yunanıstan-Bolqarıstan interkonnektoru kommersiya məqsədilə tədarükə 2022-ci il oktyabrın 1-dən etibarən başlayıb. İnterkonnektorun hazırkı ötürücülük qabiliyyəti illik 3 milyard kubmetr təşkil edir və hazırda təqribən təqribən 94 faiz yüklənib.

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) enerji yüklənməsinin 2023-2024-cü illərdə 90 faizdən yuxarı həddə olacağı gözlənilir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti