...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 11 Mart 2023 10:18 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Martın 10-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 84,79 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,59 dollar ucuzlaşaraq 83,04 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,16 dollar ucuzlaşaraq 47,34 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 10-da 0,67 dollar ucuzlaşaraq 82,4 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti