Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə SOCAR-la “Total Energies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.