Bakı. Trend:
OPEK neft qiymətlərini müəyyən səviyyəyə çatdırmağa çalışmır.
Trend xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Heysəm əl-Qeys İranın "Shana" xəbər agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bunun əvəzində qurumun bütün qərarları və fəaliyyəti neftə dünya bazarında tələb ilə təklif arasında tarazlığa nail olmağa yönəlib.
Əl-Qeys vurğulayıb ki, qərarların qəbulu, o cümlədən neft hasilatının azaldılması ilə bağlı qərarlar bazar göstəricilərinin təhlilinə əsaslanır.