...

Azərbaycan "yaşıl" hidrogeni Avropanın hər hansı yerindən daha ucuz qiymətə istehsal edə bilər

Energetika Materials 9 Avqust 2023 14:28 (UTC +04:00)
Azərbaycan "yaşıl" hidrogeni Avropanın hər hansı yerindən daha ucuz qiymətə istehsal edə bilər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qaz kəmərinin profilinin dəyişdirilməsi kimi iqtisadi cəhətdən səmərəli nəqliyyat tədbirləri görüləcəyi təqdirdə Azərbaycan "yaşıl" hidrogeni Avropanın hər hansı yerindən daha ucuz qiymətə istehsal edə bilər.

Trend xəbər verir ki, "Advisian" konsaltinq şirkətinin hesabatına əsasən, Azərbaycan təbii qaz ehtiyatları sayəsində "mavi" hidrogen bazarının inkişafı üçün böyük potensiala malikdir.

Bu da Avropada ekvivalent istehsalla müqayisədə, xərcləri azaltmağa imkan verə bilər.

Lakin qeyri-müəyyənlik amilləri, o cümlədən, təbii qazın gələcək qiymətləri, nəqliyyat və karbon qazının (CO2) tutulmasına çəkilən xərclər, həmçinin, saxlanma yerləri kimi faktorlar nəzərə alınmalıdır.

Şirkətdə hesab edirlər ki, "mavi" hidrogen həm də normativ tələblərə riayət üçün əlavə investisiya tələb edir, nəzarət olunmayan tullantıları isə azaltmaq lazım gələcək.

Bundan başqa, "yaşıl" hidrogen istehsalı iqtisadi cəhətdən səmərəlidir. Onu regional enerji bazarlarına (o cümlədən, Avropa İttifaqı bazarına) ixrac etmək və daxili istehlak üçün istifadə etmək məqsədəuyğundur.

Hesabata əsasən, Azərbaycanın bərpa olunan enerji mənbələri ilə bağlı böyük potensialı və təbii qaz ehtiyatları nəzərə alınarsa, ölkə aşağı karbonlu hidrogen iqtisadiyyatının inkişafı üçün yaxşı imkanlara malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti