Bakı. Trend:
Son 20 il ərzində Azərbayacanda ümumi gücü 4 min meqavatt olan 71 yeni elektrik stansiyası istismara verilib.
Trend şənbə günü bunu Azərbaycanın baş naziri Əli Əsədov "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda deyib.
O infrastruktur layihələr çərçivəsində yeni elektrik stansiyalarının istismara verildiyini, ölkənin elektrik enerjisi sisteminə qoşulduğunu, mövcud yarımstansiyaların yenidən qurulduğunu və yenilərinin inşa edildiyini qeyd edib.
"Hazırda ölkədə ümumi gücü 8 min meqavatt olan 93 elektrik stansiyası fəaliyyət göstərir. Elektrik enerjisi sahəsinə göstərilən diqqət və ayrılan dövlət investisiyaları Azərbaycana öz enerji təhlükəsizliyini təmin etmək və elektrik enerjisi ixracçısına çevrilmək imkanı verib. 2023-cü ildə ölkədə qazlaşdırma səviyyəsi cəmi 40 faiz idisə, hazırda bu göstərici 96,3 faizdir. Həmçinin 2005-ci ildə ölkə başçısının şəxsən müdaxiləsi nəticəsində 14 illik fasilədən sonra ölkədə blokadada olan Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli təmin olunub", - Əli Əsədov deyib.
Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)