...

Fitch "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının reytinqini "BB+" səviyyəsində təsdiqləyib

Energetika Materials 1 Fevral 2024 09:57 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin böyük təmin edilməmiş avroistiqrazlarının xarici valyutada uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləyib.

Trend bu barədə agetliyə istinadən xəbər verir.

Qeyd olunub ki, bu "Fitch" agentliyinin "Cənub Qaz Dəhlizi" QSC-nin 2 milyard ABŞ dolları dəyərində olan və ödəniş müddəti 2026-ci il olan, Azərbaycan Respublikası tərəfindən tam təminat verilən avroistiqrazlar üzrə dəyişməz fikrini əks etdirir (BB+/müsbət).

Reytinq "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının sahiblərinə vaxtında ödənişlə bağlı verilən şərtsiz, qeyrii-subordinasiyalı və geri çağrılmayan təminatı əks etdirir.

"Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarına Azərbaycan Respublikası tərəfindən təminat verilir və istiqraz sahibləri tələblərinin icrasını QSC-yə qarşı məhkəmə iddiası və təhqiqat başlatmağa ehtiyac olmadan birbaşa dövlət vasitəsilə təmin edə bilərlər.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC 2014-cü ildə yaradılıb. Şirkətin səhmlərinin 51 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Dövlət Neft Şirkətinə (SOCAR, BB+/müsbət) məxsusdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti