...

Azərbaycan ilə ABŞ enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Energetika Materials 18 Fevral 2024 09:38 (UTC +04:00)
Azərbaycan ilə ABŞ enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib ki, Azərbaycan şaxələndirmə və təhlükəsizliyi təmsil edən enerji mənbəyi təklif edir.

"Avropa və digər tərəfdaşlar Rusiya qazından asılılıqdan qurtulmağa çalışırlar və Azərbaycan bu diversifikasiya vasitəsilə diversifikasiya və təhlükəsizliyi təmsil edən mənbə təklif edir.

Mövcud infrastrukturun genişləndirilməsi, eləcə də Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının gətirilməsinə kömək etmək üçün oynaya biləcəyi rol baxımından burada görüləsi çox şey var.

Burada hidrogen, külək enerjisi və digər “yaşıl” və bərpa olunan enerji növləri perspektivlidir, onlar investisiya və qanunvericilikdə dəyişikliklər tələb edir. Bu müəyyən planlaşdırma tələb edir. Və bütün bunlar ABŞ hökumətinin və ABŞ özəl sektorunun Azərbaycanla işləyə biləcəyi sahələrdir", - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti