Bakı. Trend:
Xəzər dənizinin Azərbaycan şelfində "Şahdəniz" yatağında qaz hasilatı 2024-cü ilin ilk iki ayı ərzində artıb.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Belə ki, "Şahdəniz" yatağında hasilatın həcmi 2023-cü ilin analoji dövründəki 4,4 milyard kubmetr ilə müqayisədə 2,3 faiz artım nümayiş etdirərək 4,5 milyard kubmetr olub.
Bununla belə, "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda 2,1 milyard kubmetr qaz hasil olunub. 2023-cü ilin analoji dövründə isə bu göstərici 2,2 milyard kubmetr olub.
Azərbaycan həmin dövrdə 4,1 milyard kubmetr qaz ixrac edib ki, bu da 2023-cü ilin ilk iki ayının göstəricisinə bərabərdir. Ölkə Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac edib. Bununla belə, Türkiyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə 0,8 milyard kubmetr qaz idxal edib.
Qeyd edək ki, "Şahdəniz"in səhmdarları bunlardır: bp (operator – 29,99%), SGC (21,02%), LUKOIL (19,99%), TPAO (19,00%) və NICO (10,00%).
"Şahdəniz"də mövcud obyektlərin istehsalat gücü hazırda gündəlik 77 milyon standart kubmetr və ya ildə təqribən 28 milyard kubmetrdir.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)
