...

STAR NEZ maye karbohidrogen qazı istehsalını artırıb

Energetika Materials 28 Mart 2024 16:54 (UTC +04:00)
STAR NEZ maye karbohidrogen qazı istehsalını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında 16 min 49 ton maye karbohidrogen qazı (LPG) istehsal edib. 2023-cü ilin həmin ayında isə bu göstərici 14 min 868 ton olub.

Trend Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir ki, NEZ-də maye karbohidrogen qazının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 7,9 faiz artıb.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.

STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.

SOCAR Türkiye 2024-cü ildə STAR NEZ-in fəaliyyətini texniki qulluq məqsədilə dayandırmağı planlaşdırır. NEZ-in fəaliyyəti istismara verildikdən sonra ilk dəfə dayandırılacaq. İlk növbədə planlı təmir işləri aparılacaq. Bu gün görülən tədbirlər nəticəsində NEZ-in fəaliyyətinin təmir məqsədilə dayandırılmasının dövriliyini dörd ildən beş ilədək artırmaq planlaşdırılır ki, bu da 40 milyon ABŞ dollarınadək qənaət etməyə imkan verəcək.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti