...

Rumıniyanı SOCAR ilə əməkdaşlıqda maraqlandıran energetika mövzuları məlum olub

Energetika Materials 1 Aprel 2024 12:38 (UTC +04:00)
Rumıniyanı SOCAR ilə əməkdaşlıqda maraqlandıran energetika mövzuları məlum olub
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyanın təbii qaz bazarında və digər energetika sahələrində əsas aktorlardan biridir.

Trend xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastiyan-İoan Burduja Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasında deyib.

Nazir Bakıda ətraflı müzakirə olunacaq mühüm layihələr arasında SOCAR-ın idarə etdiyi Kulevi terminalından Konstansa limanına qədər maye təbii qazın (MTQ) nəqli layihəsinin, eləcə də Xəzər dənizində gələcək külək elektrik stansiyalarından "yaşıl" enerjinin nəqli üzrə "Back Sea Energy" layihəsinin adını çəkib.

Bundan başqa, tərəflər Rumıniyaya Azərbaycan qazının tədarükünün artmasını, o cümlədən müvafiq infrastruktur və hüquqi aspektlər üzrə fəaliyyəti müzakirə edəcəklər.

İclasda SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov qeyd edib ki, Rumıniya ilə yeni enerji layihələrinin reallaşdırılması üçün ölkədəki banklarla bir sıra məsələlərin razılaşdırılması lazımdır.

E.Nəsirov Trend-ə bildirib ki, SOCAR Rumıniya tərəfindən həm MTQ layihəsi, həm də "Black Sea Energy" layihəsi üzrə ətraflı təkliflər gözləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti