Astana. Trend:
Azərbaycan avqustun 6-da Astanada Orta Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında iştirak edəcək.
Trend bu barədə Qazaxıstan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, iclasa Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev sədrlik edəcək.
Görüşdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın energetika nazirləri və Azərbaycanın energetika nazirinin müavininin çıxışları planlaşdırılır.