...

SOCAR aktivlərin geniş monitorinqi üçün dronlardan və məlumatların modelləşdirilməsindən istifadəni planlaşdırır

Energetika Materials 2 Fevral 2026 12:45 (UTC +04:00)
SOCAR aktivlərin geniş monitorinqi üçün dronlardan və məlumatların modelləşdirilməsindən istifadəni planlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) digər aktivlərin qiymətləndirilməsi məqsədilə əlavə məsafədən nəzarət metodlarının, o cümlədən dronların tətbiqi, eləcə də məlumatların modelləşdirilməsindən istifadə imkanlarını nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu “SOCAR Downstream”in rəqəmsallaşma və əməliyyat texnologiyaları üzrə meneceri Bora Engin “Honeywell” şirkətinin kommunikasiya direktoru Nadiya Dubaniyə müsahibəsində bildirib.

Onun sözlərinə görə, SOCAR-ın digər obyektləri və biznes istiqamətləri, o cümlədən upstream sahəsi üzrə də genişlənmələr planlaşdırılır

Engin vurğulayıb ki, rəqəmsallaşma məlumatların dəqiqliyini və şəffaflığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

“Sensor və kameraların quraşdırılması real vaxt rejimində monitorinq aparmağa, sızmaların erkən aşkar edilməsini təmin etməyə imkan verib ki, bu da yanlış siqnalların sayını azaldıb və operativ reaksiya imkanını gücləndirib. Toplanmış məlumatlardan gələcək enerji qənaətinin proqnozlaşdırılması üçün istifadə edə bilirik, simsiz və akkumulyatorlu dizayna malik həllər isə xüsusilə uzaq obyektlər üçün dəyərlidir. Bu texnologiyalar həmçinin personalın yeni alətləri mənimsəməsinə kömək edərək əməliyyat mükəmməlliyi və ekoloji məsuliyyət sahəsində yeni standart formalaşdırıb”, – deyə o izah edib.

Enginin sözlərinə görə, SOCAR “Honeywell”i innovativliyi, etibarlılığı və sınaqdan keçmiş həllərinə görə seçib.

""Signal Scout" həllinin "plug-and-play" sadəliyi və minimal ayarlama tələbləri tətbiqetmə müddətini qısaldıb və xərc risklərini azaldıb. Sensorlar maqnit vasitəsilə quraşdırılır və asanlıqla yerini dəyişmək mümkündür, kameralar isə emissiyaların yerini və həcmini dəqiq müəyyənləşdirməyə kömək edir. İnteqrasiya infrastrukturun erkən planlaşdırılması və texniki xidmətlə istismar komandaları arasında koordinasiya nəzərə alınmaqla həyata keçirilib ki, bu da mövcud müəssisə sistemlərinə problemsiz inteqrasiyanı təmin edib", – deyə o bildirib.

Enginin sözlərinə görə, “Honeywell” həllərinin tətbiqindən sonra şirkətin emissiyaların monitorinqi imkanlarında nəzərəçarpacaq irəliləyiş müşahidə olunur.

“Artıq sızmaları real vaxt rejimində aşkar edib onlara operativ reaksiya verə bilirik ki, bu da qeyri-ixtiyari emissiyaların və əməliyyat itkilərinin azalmasına kömək edib. Dəqiq hesabatlılıq metodologiyası hələ də təkmilləşdirilsə də, ilkin nəticələr məlumatların əl ilə toplanmasına sərf olunan vaxtın əhəmiyyətli dərəcədə azalmasını və ISO 14001 standartına uyğunluğun yüksəlməsini göstərir. Bundan əlavə, fasiləsiz monitorinq və məlumatların təhlili imkanları bütün obyektlərimizdə enerji qənaətini proqnozlaşdırmağa və reallaşdırmağa şərait yaradıb”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti