Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 3,838 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövrü ərzində Gürcüstan Azərbaycandan ən çox neft idxal edən ölkələrin sırasında 21-ci yer tutub.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
