Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (AR DNŞ) "Heydər Əliyev adına " (keçmiş "Azərneftyanacaq") neftayırma zavodunda istehsal olunmuş krekinq mazutu partiyasının satışı üzrə tender elan edib. Trend agentliyinə AR DNŞ-dən verilən məlumata görə, tender "Heydər Əliyev adına" neftayırma zavodunun FCA bazası əsasında elan edilib.
AR DNŞ-in nümayəndəsinin sözlərinə görə, tenderin cümə günü bağlanacağı gözlənilir. 30 min ton krekinq mazutu satışa AzerenerjiSC-nin elektrik enerjisinin hazırlanmasında yanacaq kimi istifadəetdiyi mazutun saxlanması üçün nəzərdə tutulmuş anbarların tam yüklənməsmini bəyan etməsindən sonra çıxarılıb.
Yanvar-may ayları ərzində "Heydər Əliyev adına"Neftayırma zavodundan 355,141 min ton müxtəlif neft məhsulları ixrac olunub.