...

"AZƏRENERJİ" "MAZUT" İŞ REJİMİNƏ KEÇİR

Energetika Materials 26 İyul 2005 19:07 (UTC +04:00)

Azerenerji Səhmdar Cəmiyyəti (SC) Su Elekutrik Stansiyalarında elektrik enerjisinin istehsal etmək üçün "mazut" iş rejiminə keçib. Buna səbəb "Qazeksport"un ("Qazprom" ASC-nin törəmə strukturu) ölkəyə qazın verilməsini dayandırmasıdır. Bu barədə Trend ə Azerenerji Səhmdar Cəmiyyətindən məlumat veriblər.

Azerenerjidən bildiriblər ki, "Qazeksport" bir həftə əvvəl Azərbaycan tərəfini qazın verilməsinin dayandırılacağı barədə xəbərdar etmişdi. Bu gün respublikada elektrik enerjisinin əldə olunması üçün kifayət qədər mazut mövcuddur.

Azərbaycanın Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq, Azerenerji noyabrın 15-nə kimi 2005-2006-cı il payız-qış mövsümünə hazırlıq çərçivəsində zəruri mazut ehtiyatını toplayıb. Ölkənin su elektrik stansiyalarında artıq planda nəzərdə tutulan mazut ehtiyatı yaradılıb.

"Qazeksport" iyulun 26-dan 29 -na kimi Dağıstan ərazisindən keçən qaz kəmərində təmir işləri aparıldığına görə Azərbaycana qazın verilməsini dayandırıb.

Xəbər lenti

Xəbər lenti