...

UKRAYNA BU İL DƏ AZƏRBAYCANDAN DİZEL YANACAĞI ALMAQ NİYYƏTİNDƏDİR

Energetika Materials 17 Avqust 2005 19:43 (UTC +04:00)

Ukrayna bu il də Azərbaycandan dizel yanacağı almaq niyyətindədir. Ukrayna hökumətinin bu niyyətini Ukraynanınn Bakıdakı müvəqqəti işlər vəkili İqor Kezima Trend ə açıqlayıb.

Diplomatın sözlərinə görə, Kiyevin yanacağın bu növünə kəskin ehtiyacı var. "Bu məsələ Ukraynanın daxili işlər naziri B.Tarasyukun Azərbaycana səfəri zamanı da müzakirə olunmuşdu.

O zaman Azərbaycan hökuməti bu məsələyə prinsipial olaraq razılıq verdi. Azərbaycandan dizel yanacağı almaq məsələsi hələ də aktual olaraq qalır", - deyə İ. Kezima qeyd edib.

1995-ci ildə Ukraynanın Azərbaycandan aldığı dizel yanacağına görə borcun ödənilməsi məsələsinə toxunan diplomat bildirib ki, borcun məbləği əhəmiyyətsiz olduğu üçün Azərbaycan tərəfi Kiyevi onun ödənməyə tələsdirmir.

Diplomat həmçinin qeyd edib ki, Azərbaycan Ukraynaya demək olar ki, iki dəfə çox borcludur və bu məsələlərin hər ikisinə növbəti hökumətlərarası iclasda baxılacaq.

Xəbər lenti

Xəbər lenti