...

SƏYYARMƏHTİKİNTİ ŞİRKƏTİ AĞSU-KÜRDƏMİR VƏ QARADAĞ-TİFLİS QAZ KƏMƏRLƏRİNİN ƏSASLI TƏMİRİNİ HƏYATA KEÇİRƏCƏK

Energetika Materials 18 Avqust 2005 17:12 (UTC +04:00)

Səyyarməhtikinti şirkəti "Ağsu-Kürdəmir" (L-4,26 km, D-325 mm) və Qaradağ-Tiflis (L-0,8 km, D-720 mm) qaz xətlərinin əsaslı təmirini həyata keçirəcək. Bu barədə Trend ə Azərqaznəql İB-də (Azərqaz QSC-nin strukturu) bildirilib.

Hazırda şirkət lazımi avadanlıq və texnikanı təmir işlərinin aparılacağı qaz xətlərinin sahəsinə cəlb edir. "Ağsu-Kürdəmir" (10,7-13 km, 14,3-14,7 km, 18,7-20 km, 20-20,3 km) qaz kəmərinin bir hissəsinin əsaslı təmir olunacağı da nəzərdə tutulub. Təmir işlərinə 60 gün vaxt ayrılıb.

Xəbər lenti

Xəbər lenti