...

ELEKTRİK ENERJİSİNİN LİBERALLAŞDIRILMASI VƏ ONUN BÖLÜŞDÜRÜLMƏSİ ÜZRƏ BEYNƏLXALQ KONFIRANS KEÇİRİLƏCƏK

Energetika Materials 3 Sentyabr 2005 12:22 (UTC +04:00)

Bakıda Sənaye və Energetika Nazirliyində elektrik enerjisinin liberallaşması və onun bölüşdürülməsi ilə bağlı beynəlxalq konfırans keçiriləcək. Bu barədə "Trendə" Barmek Azerbaycan şirkətğinin prezidenti Hüseyn Arabul ekszkluziv olaraq məlumat verib.

Onun sözlərinə görə, göstərilən konfrans şirkətin sentyabrın 9-11-də nəzərdə tutulmuş tədbirləri çərçivəsində həyata keçirilir. "Tədbirlərdə iştirak etmək üçün Bakıya tərkibində 15 millət vəkilinin olduğu Türkiyədən nümayəndə heyəti, Türkiyənin Energetika Nazirliyinin, enerji idarələrinin, sahibkarların və digərlərinin daxil olduğu nümayəndə heyəti daxildir. Azərbaycan tərəfini Milli Məclisin təbii ehtiyatlar, energetika və ekolojgiya Daimi Komissiyası, Sənaye və Energetika Nazirliüi, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri təmsil edəcəklər ", - deyə o bildirib. H.Arabul həmçinin qeyd edib ki, Türkiyənin energetika naziri Hilmi Gülyarın da iştirakı gözlənilsə də, hələlik bu məsələ təsdiqlənməyib.

Konfransın keçirilməsində məqsəd elektrik enerjisi sektorunun liberallaşdırılması və özəlləşdirilməsi üzrə məsələlərin müzakirəsinin keçirilməsidir. "Hazırda "Kommunal xidmətlərin dövlət nizamlanması barədə " qanun lşayihəsinin müzakirə olunmaq üçün MM-ə təqdim olunması planlaşdırılır. Bu qanun layihəsini nəzərdən keçirmək üçün müzakirələr aparılacaq " - deyə o bildirib.

Şirkətin prezidenti bildirib ki, konfransın keçirilməsinin məqsədlərindən biri həmçinin türkiyəli iştirakçıları Barmek Azerbaycan şirkətinin təcrübəsi ilə tanış etməkdir. Belə ki, Türkiyədə hələlik enerji paylayıcıları şəbəkəsinin belə uzun müddətə idarə olunması təcrübəsi mövcud deyil. Orada oktyabrda özəlləşdirmə üzrə tender keçiriləcək " - deyə o qeyd edib.

H.Arabul qeyd edib ki, konfrans Milli Məclisin təbii ehtiyatlar, energetika və ekolojgiya Daimi Komissiyası, Sənaye və Energetika Nazirliüi, İqtisadi İnkişaf Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir.

Türkiyənin nümayəndə heyəti Bakıya sentyabrın 9-da, saat 16-00-da gələcək. "Mənim onlarla görüşüm nəzərdə tutulub. Axşam müştərilərə xidmət idarəsinin yeni binasının açılışı olacaq. Bundan sonrakı günlər Xəzri -Siyəzən Elektrik Ötürücü Xəttinin, Siyəzən rayonunda, Maştağa və Mərdəkanda yarımstansiyaların təhvil verilməsi olacaq.

Xəbər lenti

Xəbər lenti