...

AZƏRIQAZ İDXAL EDİLƏN QAZIN 95%-Nİ ELEKTRİK ENERJİSİNİN İSTEHSALINA YÖNƏLDƏCƏK

Energetika Materials 6 Sentyabr 2005 20:24 (UTC +04:00)

Cari ildə Azəriqaz QSC Azərbaycanın elektrik stansiyalarına Rusiyadan idxal edilmiş 4,5 mlrd. m3 təbii qazın 4,3 mlrd. m3.-ni yönəldəcək. Trend bildirir ki, bu barədə Azəriqaz QSC-nin sədr müavini Nazim Səmədzadə deyib.

"Bu ilin sonunadək Rusiyadan 4,5 mlrd m3 qa idxal ediləcək. Demək olar ki, bütün idxal edilən qazın tamamilə elektrik stansiyalarına yönəldilməli olmasına baxmayaraq bizim belə bir imkanımız var ki, qazın müəyyən hissəsini regionların qazla təchizatı üçün yönəldək " -deyə o bildirib.

"Dörd il ərzində Azəriqaz Azərenerji ASC-nə təxminən 670 mln. m3 qaz borclu idi"-deyə N.Səmədzadə bildirib. ARDNŞ bu il "Qazeksport" ("Qazprom" ASC-nin törəmə strukturu )dan 1 min m3 üçün $60 dəyərində qaz alacaq.Təbii qaz ölkəyə Şirvanovka-QazıMəmməd kəməri ilə verilir. 2004-cü il ərzində "Qazeksport" Azərbaycana 4,931 mlrd. m3 qaz tədarük edib.

Xəbər lenti

Xəbər lenti