...

İLİN ƏVVƏLİNDƏN AZƏRENERJI 14 MİLYARD KVT/S ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİB

Energetika Materials 12 Sentyabr 2005 14:13 (UTC +04:00)

Cari ilin yanvar-avqust ayları ərzində Azərenerji Səhmdar Cəmiyyəti (SC) sistemində 14,828 milypd. kVt/s elektrik enerjisi istehsal olunub. Bu barədə Trend ə Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətindən məlumat veriblər. Azərenerji SC-nin Mərkəzi dispetçer İdarəsinin məlumatına görə, su elektrik stansiyalarının payına 205,723 milyn kVt/s, istilik elektrik stansiyalarının payına isə12,897 milyrd. kVt/s düşür.

Bununla əlaqədar göstərilən aylar ərzində qonşu dövlətlərə elektrik enerjisinin planlı şəkildə verilişi həyata keçirilib. Rusiyaya (682,665 milyn. kVt/s), İrana (411,594 milyn. kVt/s) və Türkiyəyə (270,228 milyn. kVt/s) enerji verilib.

Avqustda sistemdə 1,63 milyrd. kVt/s elektrik enerjisi istehsal edilib. Su elektrik Su elektrik stansiyalarında 168 milyn. kVt/s, istilik elektrik stansiyalarında 1,462 milyrd. kVt/s enerji istehsal edilib.

Nəticədə enerji mübadiləsi nəticəsində Rusiyadan 69,156 milyn. kVt/s elektrik enerjisi, İrandan 43,955 milyn. kVt/s və Türkiyədən 29,259 milyn. kVt/s alınıb).

Xəbər lenti

Xəbər lenti