...

MCDERMOTT "ŞAH-DƏNİZ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SUALTI BORU KƏMƏRİNİN TİKİNTİSİNƏ BAŞLAYIB

Energetika Materials 13 Sentyabr 2005 16:22 (UTC +04:00)

Amerikanın McDermott şirkəti bu həftə Xəzərin Azərbaycan sektorunda "Şah-Dəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihənin "Mərhələ-1" çərçivəsində sualtı boru kəmərinin tikintisinə başlayıb.

Layihənin operatoru olan BP Britaniya-Amerika şirkətindən Trend ə verilən məlumata görə, McDermott (BP-nin podratçısı) "Şah-Dənizdən" qaz kondensatının nəqli üçün boru kəmərlərinin inşasına başlayıb.

BP-də bildiriblər ki, McDermott "Şah-Dəniz" yatağında quraşdırılmış TPG-500 platformasından qaz və kondensatın daxil olacağı, Səngəçal terminalının yaxınlığındakı sahildə tikinti işlərinə başlayıb.

Kondensatın nəqli üçün boru kəmərinin uzunluğu 91 km, diametri isə 12 düym olacaq. Monoetilenqlikolun nəqli üçün diametri 26 düym olan qaz kəmərinin və diametri 4 düym olan boru kəmərinin uzunluğu da 91 km olacaq.

"Şah-Dəniz"dən ilk qazın çıxarılması 2006-cı ilin payızına təyin olunub. Qaz dünya bazarlarına SCP boru kəməri, Azəri Light markalı neftlə birlikdə kondensat isə BTC boru kəməri ilə daxil olacaq.

Layihənin tərəfdaşları TPG-500 platformasından ildə 8,5 mlrd m3 qaz istehsalı zamanı sutkada 45 min barel (ildə 2 mln tondan artıq) qaz kondensatı hasil etmək niyyətindədir. Bu həcm TPG-500 platformasında bütün hasilat quyularının fəaliyyət göstərdiyi halda əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti