ARDNŞ-nin tərkibinə daxil olan və neft məhsullarının müstəqil ixracatçısı olan Azərneftyağ Bakı NEZ sentyabrın 14-də Heydər Əliyev adına (keçmiş Azərneftyanacaq ) NEZ üçün nəzərdə tutulmuş naftın ilk tədarükünü həyata keçirib.
Bu barədə Trend ə Azərneftyağ NEZ-də bildirilib. Tədarük olunan naftın həcmi təxminən 1800 ton təşkil edib. Amma Azərneftyağ sentyabrda istehsal olunan naftın 90%-ni Azərkimya DŞ-nin tələbatı üçün yönəltmək niyyətindədəir.
Sentyabrda Azərneftyağ-ın Azərkimya DŞ-nə 30 min ton naft verməsi gözlənilir.Avqustda bu rəqəm 26,094 min ton təşkil edirdi.
Azərkimya DŞ ARDNŞ-dən naftı bir ton üçün 842200 manat ($184) qiymətinə alır.Amma H.Əliyev adına NEZ-ə naft əlavə emal olunarsa ARDNŞ bir tonunu $400-450 qiymətinə satacağı avtomobil benzini alır.
2005-ci ildə Azərneftyağ Azərbaycanın daxili bazarında 310 min ton naftı paylaşdırmaq niyyətindədir. Bu həcmdən 250 min ton naft Azərkimya-ya veriləcək.
Müəssisə bu neft məhsulunu xüsusi qurğular üçün yanacaq kimi istifadə edir, qalan 60 min ton isə H. Əliyev adına NEZ-ə (keçmiş Azərneftyanacaq ) avtomobil benzini alınması üçün əlavə emal məqsədilə göndəriləcək.