Azəriqaznəql İB ("Aztransqaz" İB - Azəriqaz QSC strukturu) Əzizbəyov dairəsində (Bakı) və 30-cu sahədə qaz paylayıcı stansiyada qaz xəttinin əsaslı təmiri üzrə elan olunmuş tenderin qalibini müəyyən edib. Təmir işlərini Azərbaycanın Qaradağtəmirtikinti müəssisəsi həyata keçirəcək. Qaz kəmərinin uzunluğu 5,228 km, diametri isə 530 mm-dir.
İB-də qeyd olunub ki, hazırda qaz kəmərinin təmirinə başlamaq üçün lazımi avadnlıqlar tədarük olunur. Təmir işləri 60 gün davam edəcək. Qaz xəttinin ilin sonuna kimi istismara veriləcəyi gözlənilir.