...

EİTİ ÜZRƏ BEYNƏLXALQ KONSALTİNQ QRUPUNUN İKİNCİ İCLASI OKTYABRIN 21-DƏ KEÇİRİLƏCƏK

Energetika Materials 22 Sentyabr 2005 16:49 (UTC +04:00)

Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə beynəlxalq konsaltinq qrupunun (EİTİ) ikinci iclası Vaşinqtonda keçiriləcək. EİTİ-nin həyata keçirilməsi üzrə Komissiyadan Trend ə verilən xəbərə görə, iclasın keçirilmə tarixi oktyabrın 21-nə təyin olunub. Tədbirdə Komissiyanın rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifovun iştirakı nəzərdə tutulub.

Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə beynəlxalq konsaltinq qrupunun birinci iclası sentyabrda Londonda keçirilib və bu tədbirdə də AR DNF-in icraçı direktoru Samir Şərifov iştirak edib. Qrupun daha bir iclasının isə aprelin 5-6-da Bakıda keçiriləcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti