Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) bildiriblər ki, Qərbi Azəri Yaşayış Bloklarında Hasilat və Qazma Platforması (QA YBHQP) üçün üst tikili sentyabrın 21-də dənizlə yola salınıb və dünən axşam (22 sentyabr) bütün təhlükəsizlik tələblərinə riayət olunmaqladayaq blokunda bərkidilib.
Trend xəbər verir ki, ABƏŞ-in bu gün yaydığı press-relizində bildirilir ki, sentyabrın 15-də ağırlığı 15 850 ton olan üst tikili Bakı dərinsulu özüllər zavodundan (BDÖZ) STB-1 nəqliyyat barjasına yüklənilib.
Qərbi Azəri platforması Azəri yatağının qərb hissəsində suyun 120 metrlik dərinliyində quraşdırılıb. YBHQP üçün dayaq bloku dənizdə 2005-ci ilin mayında quraşdırılıb. QA platformasından ilk neftin 2006-cı ilin yanvarında, üst tikilinin quraşdırılması və dənizdə işə salma sınaqlarından sonra alınacağı gözlənilir. Bu, "Azəri-Çıraq-Günəşli" dinz neft hasilatı obyektlərində neft hasilatını sutkada 340 min barel artırmağa imkan verir.
"Biz bu il üçün üzərimizə götürdüyümüz tapşırıqları yerinə yetiririk. Bundan əvvəl, bu ilin iyulunda Qazın basılması və Suyun Təzyiqlə Vurulması Platformasının (QBSTVP) sahil müəssisələrinin tikintisini başa çatdıraraq onu dənizdə quraşdırmışıq.
Hazırda QBSTVP üçün üst tikililərin dənizdə sınaqları davam edir". AÇG layihəsi üzrə BP -nin vitse-prezidenti Bryus Lyuberski sonda təhlükəsizlik tələblərinə riayət olunmasına, eləcə layihənin həyata keçirilməsində göstərdikləri şəxsi xidmətlərinə görə komandanın bütün üzvlərinə minnətdarlığını bildirib.