...

ARDNŞ "GÜNƏŞLİ"DƏ DƏNİZ PLATFORMASINI GENİŞLƏNDİRİR

Energetika Materials 24 Sentyabr 2005 15:38 (UTC +04:00)

2006-cı ilin əvvəlində "Günəşli" yatağının azsulu hissəsində quraşdırılan QMSP N11 -nin genişləndirilməsi üçün istifadədə bir çox işlər görür.Burada ARDNŞ öz xüsusi vəsaiti hesabına neft və qaz hasil edir.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

Hazırda Zığda dənizə göndəriləcək özülün bərpası işləri aparılır.Bu, SSRİ dövründə "Çıraq" platformasında quraşdırılmışdı.

Tikinti işləri başa çatdıqdan sonra özül barja yüklənəcək və dənizə təyin olunduğu yerə göndəriləcək.Özülün quraşdırılmasının bir neçə ay davam edəcəyi nəzərdə tutulur. Layihənin smeta dəyəri 60 mlrd. manat ($13 mln) təşkil edir ki, bunun 40 mlrd. manatı artıq sərf olunub.

Platformanın yeni özülü ilə 10 quyunun qazması planlaşdırılır.Hazırda platforma ilə 18 quyudan hasilat aparılır.

"Günəşli" yatağının azsulu hissəsinin işlənib-hazırlanması 1980-ci ildən aparılır.Bu, Abşeron yarımadasının cənub-şərqində yerləşir və Azərbaycan neft hasilatını 65%-dək və ölkənin dəniz hasilatını 83% təmin edir. Sahənin qalan ehtiyatları 94-130 mln. ton neft olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti