...

ARDNŞ BATUMİDƏN NEFT PARTİYASININ SATILMASI ÜZRƏ TENDERİ BAĞLAYIB

Energetika Materials 13 Oktyabr 2005 16:08 (UTC +04:00)

Azərbaycan Dövlət neft şirkəti (ARDNŞ) Gürcüstanın Qara dənizdə olan Batumi limanından Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağında hasil etdiyi Azəri Light mənfəət neftinin bir tanker partiyasının satışı üzrə tenderi bağlayıb.

ABƏŞ-də 10% paya malik olan ARDNŞ-də Trend ə bildirilib ki, tenderin qalibi Almaniyanın Select Energy Trading şirkəti olub. "Biz nəzərdə tuturuq ki, 80 min ton həcmdə olan neft partiyası noyabrın 1-2-də yüklənəcək" -deyə ARDNŞ-də bildirilib.

Batumi neft terminalı ildə 15 mln. tonadək neft məhsulu yükləri daşıma gücünə malikdir. Terminalda Aframax dərəcəli gəmilər üçün yan buy da daxil olmaqla dörd körpüdə 30-90 min ton tutumlu tankerlər xidmət göstərir.Hazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılmış həcmlərin daşınması üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti