Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın Supsa limanından bir partiya Azəri Light markalı mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi noyabrın 18-19-da 1 mln barel (135 min ton) neft yükləyəcək Select Energy şirkətidir.
Supsadan 1 mln barel neftin alınması üzrə əvvəlki tenderin qalibi isə Türkiyəntn Tupras şirkəti olub. Ona qədər Select Energy GMBH də 135 min ton Azəri Light nefti alıb.
Yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəmiş Azərbaycan Beynəlxalq Əməiyyat Şirkəti üzrə tərəfdaşlar Bakı-Supsa boru kəməri ilə 5,157 mln ton Azəri Light nefti ixrac edib.
Cari ildə AR DNŞ-dən Glencore, Arcadia, Unipetrol, Total, R-Trading, Select Energy və Tupras şirkətləri Azərbaycan neftini alıb.