...

2024-cü ilə minimal proqnozlar nəzərə alınmaqla ARDNF-də $63,4 mlrd. yığılacaq

Energetika Materials 22 Oktyabr 2005 14:28 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan çox zəngin bir dövlətə çevriləcək. Trend "Azərtac"ın məlumatına istinadən bildirir ki, hasil edilən sənayenin şəffaflığı Təşəbbüslərinin gerçəkləşdirilməsi (EITI) üzrə Məsləhətləşmə komissiyasının ikinci iclasında| Azərbaycan Dövlət neft Fondunun (ARDNF) icraçı direktoru Samir Şərifov bəyan edib.

Onun sözlərinə görə, 2000-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə təsis edilmiş və 2001-ci ilin yanvarında fəaliyyətə başlamış ARDNF $271 mln. həcmində vəsaitə malik idi.Hazırda həmin vəsaitlərin həcmi $ 1,25 mlrd.göstəricisinə çatıb.

S.Şərifov vurğulayıb ki, vəsaitlərin əsas artımı 2006-cı ildən 2014-dək olan dövrdə gözlənilir.Bununla bağlı hökumətin qarşısında duran əsas məqsədlərdən biri ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasıdır.

S.Şərifov həm də 2024-cü ilə doğru Azəri-Çıraq-Günəşli layihəsi üzrə neftin 1 barelinin qiymətinin $30 dollara satılmaqla ARDNF-nin $63,4 mlrd, 1 barelin $40 - $109,3 mlrd, $45 - $131,2 mlrd. alması barədə proqnozu səsləndirib.Bu, həm də BTC və Bakı-Tbilisi-Ərzurum ilə tranzitə görə məbləğlərin yerləşdirilməsindən daxil olmaların faizlərini, xarici banklarda və layihələrdə iştirak payından olan gəlirləri də əhatə edir.

Komissiya iclasının keçirildiyi Vaşinqtona səfəri çərçivəsində S.Şərifov həmçinin Konqresdə və ABŞ-Azərbaycan Ticarət Palatasında

Xəbər lenti

Xəbər lenti