...

Barmek Azerbaycan abunaçilər üçün qışda elektrik enerjisinə qənaət üzrə təlimat hazırlayır

Energetika Materials 1 Noyabr 2005 18:30 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkəsinin operatoru) əhali kateqoriyasında daxil olan abunəçilər üçün qış mövsümündə elektrik enerjisinə qənatə üzrə təlimat hazırlayıb. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda tövsiyyə ictimaiyyətə açıqlanacaq. "Bu məsələ ilə bağlı əhalinin maarifləndirmək zərurəti yaranıb. Hava şəraitinin cüzi soyumasına baxmayaraq, elektrik enerjisinə tələbat kəskin artıb. Oktyabrın sonlarında tələbatın maksimum səviyyəsi - Bakıda 1030 MVt qeydə alınıb. Ölkədə artıq elektrik enerjisinə qış mövsümü səviyyəsində tələbat var ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti