...

Bakı-Tbilisi-Ceyhan boru kəmərinə təxminən 400 min ton Azəri Light növlü texniki neft doldurulub

Energetika Materials 9 Noyabr 2005 12:27 (UTC +04:00)

BTC şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərini texniki neftlə doldurmaqda davam edir. Trend in xəbər verdiyi kimi, bu gün boruya 397 min ton Azəri Light növlü texniki neft doldurulub ki, bu da 2,937 mln barel xammaldır. Kəmərin tam doldurulması üçün 10 mln barel xammal lazımdır.

Sentyabrda Ceyhan limanına ilk neft nəql edilərək neft anbarlarından birinə yüklənilib. Bu partiya neft sentyabr ayının ilk ongünlüyündə Gürcüstanın Supsa limanından terminalın sınaqdan keçirilməsi və BTC boru kəmərinin bir hissəsinin doldurulması üçün Ceyhan limanına çatdırılıb.

600 min barel həcmli neft partiyası BTC şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında neft hasil edən ABƏŞ üzrə tərəfdaşlardan alınıb. Partiyanın dəyəri Azəri Light növünə olan ortaaylıq Platts məzənnəsi əsasında hesablanıb.

Xəbər lenti

Xəbər lenti