...

ARDNŞ iri dəniz neft-qaz yatağında yeni quyunu istismara verib

Energetika Materials 23 Noyabr 2005 18:02 (UTC +04:00)

ARDNŞ öz xüsusi vəsaitləri hesabına karbohidrogen hasil etdiyi "Günəşli" yatağının azsulu hissəsində neft-qaz hasil edən yeni 15 saylı platformadan 237 saylı quyunun qazmasını başa çatdırıb. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.Quyu sutkada 200 min m3 qaz debiti və qeyri-müəyyən neftlə istismara verilib.Quyunun dərinliyi 3370 metr təşkil edir.

ARDNŞ-də həm də qeyd olunub ki, yataqda həmçinin daha 4 istismar quyusu qazılır. 13 saylı platformadan 427 saylı quyunun layihə dərinliyi 3170 metr təşkil edir. Hazırda qazma işləri 2035 metr dərinlikdə aparılır. 14 saylı platformadan 417 saylı quyunun (3630 metr) qazma işləri 2170 metr dərinlikdə aparılır. 19 saylı platformadan 73 saylı quyunun layihə dərinliyi 3900 metr təşkil edir. İndi 2655 metr qazılıb. Qazma işlərini "Bayıl limanı" Dəniz qazma işləri idarəsi yerinə yetirir.

"Günəşli" yatağının azsulu hissəsinin işlənib-hazırlanması 1980-ci ildən aparılır. Bu yataq Abşeron yarımadasının cənub-şərqində yerləşir və Azərbaycan neftini 65%-ə qədər, ölkənin dəniz hasilatını isə 83% təmin edir. Sahənin qalan ehtiyatları 94-130 mln. ton neft olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti