...

Azərenerji SC Xaçmaz rayonunda MES-in layihələşdirilməsini aparır

Energetika Materials 1 Dekabr 2005 13:57 (UTC +04:00)

Azərenerji SC Xaçmaz rayonunda 90 MVt gücündə modul elektrik stansiyasının (MES) layihələşdirilməsini aparır. Bu barədə Trend ə Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədov bildirib. Artıq yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.

"Biz bu enerji obyektini 2006-cı ilin üçüncü yaxud dördüncü rübündə istismara verməyi nəzərdə tuturuq" -deyə o bildirib. MES-in tikintisi üçün sahələr Xaçmaz rayonunun İcra hakimiyyəti ilə razılaşdırılaraq ayrılıb.

Gələcəkdə burada MES-in yaradılması 500 mindlən çox əhalinin yaşadığı şimal rayonlarının elektrik enerjisi ilə təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin burada böyük sənaye potensialı vardır.

Azərenerji SC bununla yanaşı Astara və Şəkidə MES-in tikintisini aparır. 10 moduldan ibarət (hər biri 8,7 MVt olmaqla) Astara modul tipli elektrik stansiyası Azərenerji- nin 2005-2006-cı illərdə istismara verməyi planlaşdırdığı 52 stansiyadan birincisi olacaq.

Xəbər lenti

Xəbər lenti