...

Dövlət Neft Şirkəti "Qərbi Abşeron" yatağı rayonunda kəşfiyyat işləri aparır

Energetika Materials 12 Dekabr 2005 13:04 (UTC +04:00)

ARDNŞ "Qərbi Abşeron" dəniz strukturu rayonunda kəşfiyyat işləri aparır. Dövlət Neft Şirkətindən Trend ə verilən məlumata görə, 54 №-li yeni kəşfiyyat quyusunda kəşfiyyat işlərinə başlanılıb və həmin quyunun layihə dərinliyi 750 metr təşkil edir.

"Quyunun qazılması bizə struktur barədə əlavə məlumat almağa və ehtiyatların həcmini müəyyən etməyə imkan verir. İşləri Azneft İstehsalat Birliyinin balansında olan Topoqrafiya və Kompleks geoloji kəşfiyyat İdarəsi həyata keçirir, - deyə şirkətin nüm ayəndəsi bildirib.

ARDNŞ həmçinin, "Qərbi Abşeron" rayonunda 170 № -li üçüncü istismar quyusunda qazma işlərini başa vurub. Quyunun layihə dərinliyi 800 metr təşkil edir. 54 №-li quyu ilə yanaşı, hazırda layihə dərinliyi 780 metr olan 171 №-li yeni quyunun qazılmasını həyata keçirir. Hazırda quyuda qazma işləri 430 metr dərinlikdə aparılır. İşlər "Xəzər-4" qazma qurğusu vasitəsilə aparılır.

"Qərbi Abşeron" rayonunda platformanın və özülün olmaması burada karbohidrogen ehtiyatlarının hasil edilməsiin qeyri-mümkün edir. Burada bir neçə kəşfiyyat quyusu qazılıb və karbohidrogen ehtiyatlarının mövcudluğu sübut olunub. ARDNŞ burada perspektivdə platforma və ya özülün tikilməsini təklif etsə də, bu, böyük vəsait tələb edir. Təklif olunan variantlar arasında ""Takje sredi variantov obsujdaetsə pereprofilirovanie burovoy ustanovki "Xəzər-4" qazma qurğusunun profilinin dəyişdirilərək istismar qurğusuna çevrilməsi də var.

Xəbər lenti

Xəbər lenti