...

2006-cı ildə Bp Azerbaijan şirkəti tərəfdaşları ilə birlikdə Azərbaycan kapitallı şirkətlərlə təxminən $250 mln vəsait sərf edəcək

Energetika Materials 20 Dekabr 2005 12:56 (UTC +04:00)

2006-cı ildə Bp Azerbaijan şirkətinin "Azəri-Çıraq-Günəşli", "Şah-Dəniz" və Bakı-Tiflis-Ceyhan layihələri üzrə tərəfdaşları ilə birgə Azərbaycan kapitallı şirkətlərlə $249 mln vəsait sərf edəcəyi proqnozlaşdırılır. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin press-relizində bildirilir.

Sənəddə qeyd olunur ki, bu layihələr çərçivəsində dövlət şirkətləri ilə $47 mln, birgə müəssisələrlə - $140 mln, kiçik və orta biznes müəssisələrilə isə $62 mln həcmində vəsait sərf olunacaq.

Yanvar-sentyabr aylarında Bp Azerbaijan hər üç layihə üzrə tərəfdaşları ilə birlikdə Azərbaycanda qeydiyyata alınmış xarici şirkətlərlə $1,8 mlrd məbləğində vəsait sərf edib.

Xəbər lenti

Xəbər lenti