...

AR DNŞ "Günəşli-19" platformasından qaz hasilatına başlamağı planlaşdırır

Energetika Materials 23 Yanvar 2006 15:12 (UTC +04:00)

Bu ilin birinci rübündə AR DNŞ-in neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyi (İB) "Günəşli" yatağının azsulu hissəsində "Günəşli-19" platformasından qazılmış qaz quyularını istismara vermək niyyətindədir. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

İndi bütün hazırlıq işləri başa çatdırılıb. Əlverişli hava şəraitində magistral qaz kəmərini platforma ilə birləşdirən qaz kəməri uc-uca calanacaq. Bu boru vasitəsilə qaz "Neft Daşları" yatağındakı qaz-kompressor stansiyasına və oradan da sahilə çatdırılacaq.

AR DNŞ bu platformadan üç qaz quyusu qazıb. Quyuların dərinliyi 3 700 - 3 800 metr təşkil edir. Hər bir quyunun sutkalıq debiti təxminən 350 min m3. təşkil edir.

Bu platformadan qazın nəqlinə hələ ötən ilin əvvəlindən başlanılması planlaşdırılmışdı. Amma texniki səbəblərdən bunu etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti