...

Maye qaz tədarükünə sifarişlər artıb

Energetika Materials 25 Yanvar 2006 13:30 (UTC +04:00)

Hava şəraitinin pisləşməsi ilə əlaqədar "Azturqaz" Azərbaycan-Türkiyə birgə müəssisəsinin istehsal etdiyi maye qazın istehlakı artıb. Bu barədə Trend ə BM-dən məlumat verilib.

Müəssisə nümayəndəsinin sözlərinə görə, soyuqların düşməsi ilə əlaqədar gündəlik sifarişlər 3 dəfə artıb. Lakin məhsulun istehlakçılarla çatdırılması ilə bağlı problemlər də yaranır.

"Azturqaz" BM 1995-ci ildə AR DNŞ və Türkiyənin "Altıntaş Kimya sənaye və ticarət" şirkəti tərəfindən yaradılıb. Müəssisəsinin yaradılmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə müxtəlif həcmli məişət və sənaye balonlarını maye qazla doldurmaq üçün qaz doldurma obyektlərinin inşası və respbulikanın regionlarında qaz balonları və maye qazla işləyən digər qurğuların satışını təşkil etməkdir.

Xəbər lenti

Xəbər lenti