...

Dövlət Neft Şirkəti katalitik krekinq qurğusunu təmirə dayandırmağa hazırlaşır

Energetika Materials 1 Fevral 2006 12:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu həftənin sonlarında Bakının Heydər Əliyev adına (keçmiş Azərneftyanacag) NEZ-da katalitik krekinq qurğusunu təmirə dayandırmağı planlaşdırır. Bu barədə Trend ə tərkibinə iki zavodun daxil olduğu ARDNŞ-dən məlumat verilib.

Qurğunun 30-35 gün ərzində təmir ediləcəyi ehtimal edilir. Beləliklə, marta kimi ARDNŞ avtomobil benzininin ixracını dondurur. Zavodda müəyyən yanacaq toplanıb ki, bu da tamamilə Azərbaycanın daxili bazarına yönələcək.

2005-ci il dekabrın sonlarında ARDNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil benzininin satışı barədə müqavilə imzalayıb. Neft məhsulu "Azərneftyağ" (ARDNŞ-in tərkibinə daxildir) NEZ-nun balansında olan 20 saylı körpüdən FOB bazisi ilə Petrofarma göndəriləcək. Petrofarm Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin tankerləri ilə benzinin İranın Nek limanına çatdıracaq.

Eləcə də ARDNŞ 2006-cı ildə Gürcüstanın dövlət şirkəti "Saknaftobtransi" ilə avtomobil benzininin satışı üzrə müqavilə imzalayıb. Mart ayından bu şirkət ayda 20 min ton olmaqla benzin satacaq.

Xəbər lenti

Xəbər lenti