...

Natiq Əliyev: Kiçik su elektrik stansiyalarının sayının artması iqtisadiyyata 850 min ton mazut verəcək

Energetika Materials 14 Fevral 2006 18:00 (UTC +04:00)

Azərbaycan kiçik elektrik stansiyalarının sayının 2-3 dəfə artırılması imkanına malikdir. Hazırda respublika ərazisində 16 kiçik su elektrik stansiyası var ki, onların gücü 25 MVt-dur. Trend in məlumatına görə, bu barədə sənaye və energetika naziri N.Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda kiçik SES-ı üzrə 100-ə yaxın layihə hazırlanıb. Ölkədə elektrimk enerjisitnin istehsalının ümumi potensialı 40 mlrd. kVt/s-a yaxındır ki, bundan texniki cəhətdən 15 mlrd. kVt/s-lıq istehsal mümkündür. Bu ümumi həcmdən kiçik SES-nını payına demək olar ki, 5 mlrd. kVt/s düşür. N.Əliyevin sözlərinə görə, SES-dan istifadə onların ekoloji təhlükəsizliyi ilə yanaşı 850 min ton mazuta qənaət olunmasına da imkan verir.

Xəbər lenti

Xəbər lenti