...

ExxonMobil Azərbaycan iqtisadiyyatına təxminən $3 mlrd. investisiya qoyub

Energetika Materials 14 Fevral 2006 20:08 (UTC +04:00)

Azərbaycanda neft-qaz əməliyyatlarına başladığı vaxtdan (1995-ci ildən) 2005-ci ilin sonunadək Amerikanın ExxonMobil şirkəti ölkə iqtisadiyyatına təxminən $3 mlrd. sərmayə qoyub. Bu barədə Trend ə Exxon Azerbaijan Operating Company şirkətində bildirilib.

İnvestisiyanın məbləği, xüsusilə ExxonMobil-in operator olduğu layihələr üzrə axtarış-kəşfiyyat quyularının qazılması, "Azəri-Çıraq-Günəşli" yatağı blokunun işlənib hazırlanmasında iştirak, seysmoloji-kəşfiyyat işlərinin aparılması, müqavilə sahələrində müxtəlif işlərin aparılması zamanı ətraf mühitə dəyən zərərin qiymətləndirilməsinin tərtibinə ayrılan xərcləri, vergi ödəmələrini əhatə edir.

ExxonMobil 6 neft-qaz layihəsində iştirak edir: "Azəri-Çıraq-Günəşli"(8,0006%), "Araz-Alov-Şərq" (15%), "Zəfər-Məşəl" (30%), "Naxçıvan" (50%),"Oğuz" (50%) və "Savalan-Lerik-Dəniz-Cənub-Dalğa" (30%). 2004-cü ildə ExxonMobil Azərbaycanın Azpetrol şirkəti ilə "Azəri-Çıraq-Günəşli"dən öz neftinin dəmir yolu ilə Gürcüstanın Batumi limanına nəqlinə dair razılaşma əldə edib.

"Oğuz" layihəsi 2003-cü ilin sonunda gələcək işlənib hazırlanmanın kommersiya cəhətdən cəlbedici olmaması səbəbindən rəsmən bağlanıb. "Savalan" layihəsində iştirak payının 20%-i yerləşdirilməyib, belə ki, sahə Xəzərin İranla mübahisəli hissəsində yerləşir. 2005-ci ilin dekabrında AR DNŞ və ExxonMobil "Haxçıvan" və "Zəfər-Məşəl" perspektivli strukturlarında ikinci kəşfiyyat quyusunun qazmasından imtinaya görə kompensasiyanın ödənməsinə dair saziş imzlayıb. "Zəfər-Məşəl" strukturunda ikinci kəşfiyyat quyusunun qazmasından imtinaya görə $32 mln., "Haxçıvan" da analoji işlərdən imtinaya görə $18 mln. ödəniləck.

Xəbər lenti

Xəbər lenti