...

2005-ci ildə Azərbaycan metal boruların alışını xeyli azaldıb

Energetika Materials 17 Fevral 2006 13:02 (UTC +04:00)

2005-ci ildə Azərbaycan quruda və dənizdə yerləşən yataqlarda əməliyyatlar aparmaq üçün 140894,2 ton müxtəlif metal borular idxal edib ki, bu da 2004-cü illə müqayisədə 63,3% azdır. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, göstərilən dövr ərzində $165747,1 min məbləğində boru idxal olunub ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 47,5% azdır.

Azərbaycanda neft-qaz əməliyyatlarını AR DNŞ, PSA tipli müqavilələr üzrə xarici şirkətlər və AR DNŞ-in birgə müəssisələri həyata keçirir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2005-ci il ərzində neft-qaz boru kəmərləri üçün 63538,4 ton boru idxal olunub. Bu göstərici 2004-cü ilin analoji dövrü ilə müqayisədə 78,6% azdır. 2005-ci ilin yanvar-dekabr aylarında $67552,2 min məbləğində neft-qaz boru kəməri idxal olunub ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 68,1% azdır. 2005-ci ildə $57814 min məbləğində (2004-cü illə müqayisədə 9,5% çoxdur) 36867,5 ton qazma boruları alınıb. Bu, 2004-cü illə müqayisədə 4,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti