...

"Transneft" ASC və ARDNŞ-ə Azərbaycan neftinin uzun müddətli dövr üçün nəql olunması şərtlərinin razılaşdırılması tapşırılıb

Energetika Materials 21 Fevral 2006 13:44 (UTC +04:00)

2005-ci ildə elektrik enerjisinin qarşılıqlı satışı rejimində Azərbaycan və Rusiyanın energetika sisteminin paralel işi aşağıdakı kimidir: Rusiyanın VES-dən Azərbaycanın enerji sisteminə 1002,6 mln. kVt saat, Azərbaycanın energetika sistemindən Rusiyanın VES-nə 275,4 mln. kvt saat enerji daxil olub. Trend in məlumatına görə, bu barədə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 10-cu iclasında bəyan edilib.

2004-cü ilin mayında elektrik enerjisi sahəsində əməkdaşlıq barədə Memorandum imzalayan "Azərenerji" ASC və "Rusiya VES" RSC 3-cü ölkənin enerji sistemi ilə paralel işləmək üzrə qarşılıqlı fəaliyyət həyata keçiriblər.

Azərbaycan tərəfdən komissiyanın həmsədri, baş nazirin 1-ci müavini Abbas Abbasov bildirib ki, ARDNŞ-lə "Qazeksport" MMC arasında müqaviləyə uyğun olaraq Azərbaycana təbii qazın verilməsini həyata keçirirlər. 2004-cü ildə təbii qaz tədarükünün həcmi 4,93 mlrd. kubmetr, 2005-ci ildə 4,54 mlrd. kubmetr olub. 2006-cı ildə gözlənilən həcm 4,5 mlrd. kubmetrdir.

Komissiya iclasın yekunlarına görə "Azərenerji" ilə "Rusiya VES" RSC arasında yaradılan birgə işçi qrup çərçivəsində əməkdaşlığını davam etdirilməsini və səmərəli işin təmin olunması üçün tədbirlərin qəbul edilməsini qərara alıb. Eləcə də dövlətlərin ərazisindəki enerji obyektlərinin bərpası, müasirləşdirilməsi və tikintisi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə baxsınlar. A.Abbasovun sözlərinə görə, Azərbaycan tərəfi bu il 3 mln. tondan az olmayaraq RF ərazisindən neft nəqlini təmin etmək niyyətindədir. 2005-ci ildə neft nəqli 4,1 mln. ton təşkil edib ki, bu da 2004-cü ildə olduğundan 36,6% çoxdur. İclasın gedişində səlahiyyətli təsərrüfat subyektləri "Transneft" ASC və ARDNŞ-ə Azərbaycan neftinin uzunmüddətli dövrdə nəqli şərtlərini razılaşdırmaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti